Ədəbiyyat üzrə “Rus Buker” mükafatının qalibi Aleksandra Nikolayenko olub. O, bu mükafata “Bobrıkinanı öldürmək. Bir qətlin tarixi” kitabına görə layiq görülüb.
AZƏRTAC “kommersant.ru” saytına istinadla xəbər verir ki, laureat 1,5 milyon rubl, finala çıxanlar isə 150 min rubl əldə edəcəklər.
Qeyd edək ki, artıq 26 ildir bu mükafat hər il rus dilində yazılan ən yaxşı roman üçün verilir.