29 iyul 2024 23:41
601

Hidayət Heydərov Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırdı - Mikayıl Cabbarov

İqtisadiyyat naziri Mikayıl Cabbarov "X"dəki hesabında Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda deyilir: “Cüdoçumuz Hidayət Heydərov Paris-2024 Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırdı. İrəli, Azərbaycan millisi!”.