29 iyul 2024 17:44
435

Cokoviç Rafael Nadalı məğlub edib

Serbiyalı məşhur tennisçi Novak Cokoviç Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ikinci oyununu keçirib.

“İki sahil” xəbər verir ki, 37 yaşlı təcrübəli idmançı 1/16 final mərhələsində ispaniyalı Rafael Nadalla üz-üzə gəlib.

Qarşılaşma Cokoviçin qələbəsi ilə bitib - 2:0 (6:1, 6:4). O, I turda avstraliyalı Mettyu Ebdeni eyni hesabla üstələmişdi.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.