Qırğızıstan və Azərbaycanın Baş prokurorları Maksat Asanəliyev və Kamran Əliyev arasında əməkdaşlıq sazişi və 2025-2026-cı illər üçün əməkdaşlıq proqramı imzalanıb.
“İki sahil” Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin Baş Prokurorlarının 22-ci iclası və Türk Dövlətləri Təşkilatının Baş Prokurorlar Şurasının 3-cü iclası çərçivəsində baş tutub.
“Saziş və əməkdaşlıq proqramı Qırğızıstan və Azərbaycanın nəzarət orqanları arasında qanunvericilik sahəsində qarşılıqlı fəaliyyəti gücləndirmək üçün nəzərdə tutulub. Sənədlərdə təcrübə və məlumat mübadiləsi, birgə tədbirlər, o cümlədən prokurorluq fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsi nəzərdə tutulur”, - Qırğızıstan Baş Prokurorluğunun mətbuat xidməti qeyd edib.
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir
Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb