Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairin Bumerdes əyalətində çoxsaylı insan tələfatına səbəb olan sərnişin avtobusu qəzası ilə əlaqədar başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Dost Əlcəzairin Bumerdes vilayətində çoxsaylı insan tələfatına səbəb olan faciəvi sərnişin avtobusu qəzası ilə əlaqədar Əlcəzair hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Həlak olanların ailələrinə və yaxınlarına səmimi hüznlə başsağlığı verir, bütün yaralıların tezliklə və tam sağalmasını arzulayırıq.
Azərbaycan bu çətin zamanda Əlcəzairlə həmrəydir", - paylaşımda bildirilib.
Azərbaycanın İrandakı səfirliyi ölkəyə qayıtmaq istəyənlərə bildiriş ünvanlayıb
Prezident işğal dövründə Ermənistanın 60 min hektar meşə fondunu məhv etməsini qabardıb
Ceyhun Bayramov Cibuti XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib