Şuşada 20-22 iyul aralığında davam etmiş II Qlobal Media Forumunun xarici ölkələrdən olan iştirakçıları Laçın rayonuna səfər edib.
“İki sahil” xəbər verir ki, Forumun əcnəbi iştirakçıları Laçında həyata keçirilən bərpa-yenidənqurma işləri ilə tanış olub, bir sıra obyektlərə baş çəkiblər.
Səfər çərçivəsində xarici qonaqlar “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş prosesində iştirak ediblər
Daha sonra Laçının mərkəzindəki “Seyrangah”a yollanan qonaqlar həmin ərazidə qısa müddət ərzində görülmüş işlər haqqında müsbət fikirlər səsləndiriblər.
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir
Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb