Azərbaycan neft-qaz istehsalçısı kimi bir çox xarici media tərəfindən qınaq obyektinə çevrilir. Sanki Azərbaycan ekologiyaya zərər verir. Lakin qeyd etmək istəyirəm ki, bir çox ölkələr, ən əsası da ekoloji problemlərdən danışan ölkələr təbiətə zərər verənlərdən biridirlər.
“İki sahil” xəbər verir ki, bunu Böyük Britaniyanın “Methinks” şirkətinin enerji təhlükəsizliyi üzrə mütəxəssisi Con Roberts 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “İqlim hərəkatı və media” panel müzakirəsində deyib.
“Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın qazı Avropaya çatdırmaq üçün gücü var. Lakin kabelləşmə, qazın daşınması xərcləri kimi çətinliklərlə üzləşir”, - deyə o bildirib.
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir
Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb