Türk Xəbər Agentlikləri Alyansının (ATNA) İcraiyyə Komitəsinin iclasının Şuşa şəhərində keçirilməsi çox önəmlidir.
“İki sahil” xəbər verir ki, bu barədə Anadolu Agentliyinin İdarə Heyətinin üzvü Yusuf Özkır 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin 1-ci iclasında çıxışı zamanı bildirib.
Yusuf Özkır 2023-cü il noyabrın 6-da qurulan ATNA-nın yaradılması üçün Anadolu Agentliyinin rəhbərliyi ilə uğurlu bir iş görüldüyünü diqqətə çatdırıb.
Özkır deyib: “Türk dünyasının informasiya agentlikləri arasında dezinformasiya ilə mübarizədə, mədəniyyət və digər, ən əsası da təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir”. Onun sözlərinə görə, qarşılıqlı təlim və birgə layihə işləri aparmaq ATNA-ya üzv ölkələr üçün faydalı olar.
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediasının diqqət mərkəzindədir