21 iyul 2024 03:03
511

Rahil debüt etdi, komandası qalib gəldi

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun yeni klubu "Radomyak" Polşa Ekstraklasasında mövsümün ilk oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, Radom təmsilçisi səfərdə "Katovise" ilə qarşılaşıb.

Oyun "Radomyak"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Rahil bu oyunda meydana çıxmaqla yeni klubunda debüt edib. O, 90+2-ci dəqiqədə oyuna daxil olub.

Qeyd edək ki, R.Məmmədov bir neçə gün əvvəl "Radomyak"la 2 illik müqavilə imzalayıb.