20 iyul 2024 10:55
343

3x3 basketbol üzrə Dünya Qadın Seriyasında bu gün Quba mərhələsi start götürür

Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Quba mərhələsinə start veriləcək.

“İki sahil” xəbər verir ki, turnirdə 8 kollektiv 2 qrupda çıxış edəcək.

A qrupunda Azərbaycan təmsilçisi "Baku Flames", Avstraliya, Niderland və Çinin U-24 milliləri mübarizə aparacaq.

B qrupunda isə Çexiya, Filippin, İran yığmaları və “Düsseldorf Zoos” klubu yer alıb.

Qeyd edək ki, görüşlər iyulun 20-21-də keçiriləcək. Quba mərhələsinin açılış oyunu saat 16:30-da "Baku Flames” klubu ilə Niderland arasında baş tutacaq.