İran Donald Trampın prezidentliyi dövründə ABŞ-la nüvə inkişafı probleminin həllinə yönəlmiş saziş bağlamağa hazır idi.
“İki sahil” xəbər verir ki, bunu ABŞ-ın sabiq prezidenti, noyabrın 5-də keçiriləcək prezidend seçkilərində prezidentliyə namizəd olan Donald Tramp Viskonsin ştatının Miluoki şəhərində seçki mitinqində çıxışı zamanı deyib.
İranın nüvə silahına sahib olmağa çox yaxın olduğunu iddia edən keçmiş president əlavə edib ki, özü prezident olaraq qalsaydı, bu heç vaxt baş verməzdi.
Məhərrəm Ağalaroğlu, “İki sahil”