18 iyul 2024 18:21
331

Beynəlxalq Azadlıq Cəbhəsinin saytı istifadəyə verilib

Bakıda yaradılan yeni Beynəlxalq Azadlıq Cəbhəsinin saytı istifadəyə verilib.

“İki sahil” xəbər verir ki,  sayt Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda keçirilən birinci Qurultay çərçivəsində keçirilən mətbuat konfransında təqdim edilib.