18 iyul 2024 13:20
373

"Yuventus" onun üçün 10 milyon avro ödəyəcək

İtaliyanın "Verona" klubunun müdafiəçisi Xuan Kabal A Seriyasının digər komandası "Yuventus"a transfer olunub.

“İki sahil” klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, 23 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün artıq Turin şəhərinə yollanıb.

"Yuventus" kolumbiyalı futbolçunun transferi üçün 10 milyon avro ödəyəcək. Anlaşmaya əsasən "Verona" bonus olaraq daha 2 milyon avro qazanacaq.

Qeyd edək ki, 2022-ci ildən "Verona" klubunun formasını geyinən X.Kabal bu müddət ərzində 33 oyunda meydana çıxıb.