18 iyul 2024 11:34
319

Azərbaycanın II Liqasında çıxış edəcək 14-cü komanda müəyyənləşib

Azərbaycanın II Liqasında çıxış edəcək 14-cü komandanın adına aydınlıq gəlib.

“İki sahil” AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "Şəfa" klubu olacaq.

Bununla bağlı AFFA və PFL arasında aparılan müzakirələr artıq yekunlaşıb.

Qeyd edək ki, "Şəfa" klubu yeni mövsümdən II Liqada çıxış etmək uğrunda pley-off mərhələsində "Hypers"ə məğlub olmuşdu.