17 iyul 2024 17:26
391

Azərbaycanın paraatıcısı Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın paraatıcısı Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazanıb.

“İki sahil” xəbər verir ki, paraatıcılıq üzrə milli komandamızın üzvü Aybəniz Babayeva Paris-2024 Paralimpiya Oyunlarında iştirak edəcək.

Milli Paralimpiya Komitəsi tərəfindən göndərilən sorğu əsasında idmançımıza Beynəlxaq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ (“bipartite”) verilib.