Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Məhkəmənin mətbuat xidmətindən "İki sahil"ə bildirilib ki, iclasda Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 234-cü maddəsinin şərh edilməsinə dair Baş Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun avqustun 23-nə təyin edilmiş iclasında baxılacaq.
Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib