Dünyanın bütün xalqlarının öz hüquqlarından istifadə etmələrinin həlli yollarını tapmalıyıq.
“İki sahil” xəbər verir ki, bu barədə Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə Bakıda birinci Qurultayında çıxışı zamanı deyib.
“Qurultay vasitəsilə müzakirələr aparıb problemlərə həll yolu tapa bilərik. Bakı Təşəbbüs Qrupu bizə belə bir fürsət verib. Bu fürsəti yaxşı dəyərləndirməliyik.
Bizim siyasi məqsədimiz var bu real olmalıdır. Yeni dünya düzəninin qurulmasına öz töhfəmizi verib, bu dünyada öz yerimizi tapmalıyıq. Tamamilə suveren olmaq bizim hüququmuzdur”,- deyə o qeyd edib.
Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib