16 iyul 2024 20:12
370

Stolüstü tennisçilərimiz Avropa çempionatında Ermənistan komandasına qalib gəldilər

İsveçin Malmö şəhərində yeniyetmə stolüstü tennisçilərin Avropa çempionatı davam edir.

“İki sahil” xəbər verir ki,  bu gün 19 yaşadək oğlanların komanda yarışlarında  Ermənistan seçməsi ilə qarşılaşan 16 yaşlı stolüstü tennisçilərimiz etimadı doğruldublar.

Komandamız gərgin mübarizə şəraitində keçən görüşdə 3-1 hesabı ilə qələbə qazanıb. Qeyd edək ki, U-15 və U-19 kateqoriyasında keçirilən Avropa çempionatına iyulun 21-də yekun vurulacaq.