16 iyul 2024 15:39
311

COP29 zamanı əvəzedicilər, I və II Liqaların oyunları nəzərdə tutulmayıb

COP29 zamanı əvəzedicilər, I və II Liqaların oyunları nəzərdə tutulmayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Premyer Liqasının püşaktma mərasimində Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov məlumat verib.

O, COP29-un Azərbaycan Premyer Liqası oyunlarının fasilə dönəminə təsadüf edəcəyini deyib.

Qeyd edək ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.