14 iyul 2024 14:19
500

Yük qatarı ilə yük maşını toqquşub: 1 ölü, 3 yaralı var

Türkiyədə yük qatarı ilə yük maşını toqquşub.

“İki sahil” xəbər verir ki, hadisə Qəza Çankırının Mərkəz rayonunun Ballıca kəndində baş verib.

Dəmir yolunun avtomobil yolu ilə kəsişməsində baş verən qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yaralılar təcili tibbi yardımla xəstəxanaya aparılıblar. Avtomobilin sürücüsü xəstəxanada ölüb.

 Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”