ABŞ prezident seçkilərində müstəqil namizəd kimi iştirak etmək niyyətini açıqlayan kiçik Robert Kennedi Donald Trampa hücumu ölkənin 35-ci prezidenti Con Kennedi və o dövrdə baş prokuror olan Robert Kennedinin öldürülməsi ilə müqaqisə edib.
“İki sahil” xəbər verir ki, kiçik Kennedi "NewsNation"a müsahibəsində hər 3 hadisə arasında paralellər aparıb.
"1963-cü ildə əmim (Con Kennedi) öldürüləndə, Amerika cəmiyyətində bölünmə yarandı. Vətəndaş Müharibəsindən bəri (1861-1865) ən güclü bölünməni isə atam (Robert Kennedi) sui-qəsd nəticəsində həyatını itirəndə yaşadıq, bu gün yenə də bu vəziyyətə düşdük”, - Kennedi bildirib.