14 iyul 2024 09:41
297

Türkiyədə qırmızı bülletenlə axtarılan 2 terrorçu zərərsizləşdirilib

Türkiyədə Jandarma və Polisin Mardin vilayətinin Dargeçit çölündə həyata keçirdiyi "BOZDOĞAN-50" əməliyyatında 2 terrorçu zərərsizləşdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazirin məlumatına görə, terrorçulardan birinin "2024-cü ilin avqust ayında Daxili İşlər Nazirliyinin Terrorla bağlı Axtarılanlar siyahısı"na qırmızı bülletenlə axtarılan Herekol (K) adlı Taner Öğmen olduğu müəyyən edilib. Digər terrorçunun müəyyənləşdirilməsi işləri davam edir.