14 iyul 2024 00:37
336

ABŞ Dövlət katibinin müavini Paşinyanla regiondakı vəziyyəti müzakirə edib

ABŞ Dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya siyasi məsləhətləşmələr üçün iyulun 13-də Ermənistana səfər edib.

“İki sahil” xəbər verir ki, U.Zeya Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşüb.

Ermənistan Hökumətinin mətbuat xidmətinin yaydığı məlumat görə, görüşdə bir sıra məsələlər, o cümlədən regionda təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.

Dövlət katibinin müavini vurğulayıb ki, Amerika Birləşmiş Ştatları bundan sonra da Azərbaycanla Ermənistan arasında sülhə, regionda təhlükəsizliyə və sabitliyə töhfə verəcək.