13 iyul 2024 18:46
364

Vuçiç: Serbiya və Misir xüsusi təyinatlıların birgə hərbi təlimlərini keçirəcək

Serbiya və Misir tezliklə birgə hərbi təlimlər keçirəcək.

“İki sahil” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç misirli həmkarı Əbdülfəttah əl-Sisi ilə görüşündən sonra deyib.

“Biz bütün geosiyasi məsələləri müzakirə etdik, kənd təsərrüfatından tutmuş hərbi-texniki əməkdaşlığa qədər konkret əməkdaşlıq növləri haqqında danışdıq, tezliklə Serbiya və Misir ordularının, ilk növbədə, bizim xüsusi bölmələrimizin birgə təlimləri keçiriləcək”, – Vuçiç söyləyib.

O, Misir liderinin dünyada sülh arzulayan nadir siyasətçilərdən olduğunu vurğulayıb və Ukraynadakı müharibə ilə bağlı verdiyi açıqlamalara görə təşəkkür edib.