Milyarder Elon Mask Donald Trampın Ağ Evə seçilməsi üçün çalışan Super Siyasi Fəaliyyət Komitəsi adlandırılan quruma (Amerika PAC) pul bağışlayıb
“İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşrin yazdığına görə, Maskın nə qədər pul verdiyi məlum olmasa da insanlar bu rəqəmi “əhəmiyyətli məbləğ” kimi xarakterizə ediblər.
Amerika PAC növbəti donorlar siyahısını iyulun 15-də açıqlayacaq.
Qeyd edilib ki, Trampı dəstəkləyən kənar təşkilatlar arasında Amerika PAC ən çox seçicilərlə birbaşa əlaqəyə pul xərcləyir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”