NATO şübhə etmir ki, Şimali Koreya Ukraynada müharibəsini davam etdirmək üçün Rusiyaya əhəmiyyətli hərbi dəstək verir.
“İki sahil” xəbər verir ki, bunu “Kyodo News”a müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, Alyans istisna etmir ki, Moskva buna cavab olaraq Pxenyana silahların inkişafı proqramlarında texniki yardım göstərə və ya müəyyən növ silahlarla təmin edə bilər.
O vurğulayıb ki, Çin, Şimali Koreya və İranın Rusiyanın Ukraynaya qarşı amansız təcavüzkar müharibəsinə verdiyi dəstək fonunda NATO-nun Yaponiya ilə tərəfdaşlığı çox vacib olur. Avropa və Asiyanın getdikcə bir-birinə bağlı olan təhlükəsizlik çağırışlarını həll etmək üçün, Alyans dənizdən tutmuş kiberməkana qədər müxtəlif sahələrdə Yaponiya ilə birgə təlimlərin genişləndirilməsinə diqqət yetirir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”