13 iyul 2024 11:11
351

"Beşiktaş"ın yeni transferi İmmobile İstanbuldadır

"Beşiktaş"ın yeni transferi italyan mərkəz hücumçusu Ciro İmmobile özəl təyyarə ilə İstanbula gedib.

“İki sahil” xəbər verir ki, 34 yaşlı ulduz futbolçu Ciro İmmobile gecə yarısı İstanbula gedib. "Beşiktaş"ın vitse-prezidenti Hüseyn Yücel və "Beşiktaş" Futbol Şöbəsinin İdarə Heyətinin üzvü və Futbol Mətbuatının sözçüsü Feyyaz Uçarla şəxsi təyyarə ilə gedən italyan futbolçu Atatürk Hava Limanının Baş Aviasiya terminalına enib.

Mətbuata açıqlama verən italyan ulduz “Burada olmaqdan çox xoşbəxtəm. Mən çox təsirləndim. Mən mövsümə başlamağa hazıram", deyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”