Şotlandiyanın şimal sahillərindəki adada ən azı 65 balina ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd edilib ki, bu, son dövrlərin ən böyük kütləvi qırğın hadisələrindən biridir.
Britaniyanın dəniz xilasetmə xidməti “Divers Marine Life Rescue”dən bildirib ki, həmin gün qəza barədə məlumat alıb və Orkney arxipelaqındakı Sandi adasındakı çimərliyə təcili tibbi yardım işçiləri göndərib.
“Həkimlər gələndə çimərliyin hündür hissəsində təxminən 77 balina tapdılar. Görünür, onlar bir neçə saat idi ki, orada idilər. Təəssüf ki, həmin vaxt onlardan yalnız 12-si sağ idi", - deyə qeyd edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”