Son 5 gündə Türkiyənin 75 vilayətdə silah qaçaqmalçılarına və sənədsiz silah gəzdirən şəxslərə qarşı həyata keçirilən “MERCEK-21” əməliyyatlarında 1819 şübhəli cinayət məsuliyyətinə cəlb edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, sənədsiz silah tədarük edənləri bir-bir tutaraq məsuliyyətə cəlb etməyə davam edəcəklərini bildirib: “Əməliyyatlar nəticəsində 1033-ü sənədsiz tapança olmaqla 1564 silah ələ keçirildi. 124 ədəd boş tapança, 92 ədəd uzun lüləli tüfəng, 315 ədəd sənədsiz ov tüfəngi ələ keçirilib. Saxlanılan 1819 şübhəli barəsində tədbir görülüb”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”