Rusiya ordusu Nikopol və Dnepr vilayətinin Nikopol rayonunun Marhanets icmasını ağır artilleriyadan atəşə tutub.
“İki sahil” xəbər verir ki, bu barədə vilayət dövlət administrasiyasının rəhbəri Serxi Lısak feysbukda məlumat verib.
Onun sözlərinə görə, axşam saatlarında Rusiya ordusu ağır artilleriyadan Nikopol rayonunun Marhanets icmasını atəşə tutub: “Ruslar Nikopolu da ağır artilleriyadan atəşə tutublar. Bundan əlavə, Nikopola kamikadze PUA ilə hücum edilib.
İnfrastruktur, fərdi yaşayış evi və yardımçı tikilinin zədələndiyini deyən rayon dövlət administrasiyasının rəhbəri vurğulayıb ki, xəsarət alan olmayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”