Türkiyədə kağız fabrikində ötən gün başlanan yanğını söndürmək mümkün olmayıb.
“İki sahil” yerli mətbuata istinadla xəbər verir ki, Söke Mütəşəkkil Sənaye Bölgəsindəki kağız fabrikinin açıq kağız toplama hissəsində baş verən yanğını söndürmək işləri gecə boyu davam edib.
Külək səbəbindən geniş əraziyə yayılan yanğına qruplar müdaxilə etməkdə çətinlik çəkib.
Bölgəyə ətraf vilayət və rayonlardan yanğınsöndürənlər və meşə təsərrüfatı qrupları cəlb edilib. TOMA-lar da söndürmə səylərini dəstəkləyiblər. Bölgədə AFAD və UMKE qrupları da işləyir.
Alışma təhlükəsi olan sıxılmış kağızların bir qismi iş maşınları ilə ərazidən çıxarılıb.
Söndürmə zamanı tüstüdən təsirlənən bəzi yanğınsöndürənlər və işçilərə hadisə yerində gözləyən təcili yardım maşınlarında tibbi yardım göstərilib.
Ötən gecə havanın qaralmasından sonra dayandırılan hava müdaxiləsi səhər saatlarında yenidən başlayıb.
Qeyd edəkki, Söke Mütəşəkkil Sənaye Bölgəsindəki kağız fabrikində dünən yerli vaxtla saat 17:00 radələrində naməlum səbəbdən yanğın baş verib, havadan və qurudan müdaxiləyə baxmayaraq yanğını nəzarət altına almaq mümkün olmayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”