13 iyul 2024 08:27
349

Əl-Cəzirə: İsrail ordusunun Qəzza şəhərində keçirdiyi əməliyyatdan sonra onlarla cəsəd tapılıb

İsrail ordusunun Qəzza şəhərində keçirdiyi əməliyyatdan sonra onlarla cəsəd tapılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, İsrail hərbçiləri Tell əl-Hava şəhər ərazisini tərk etdikdən sonra mülki müdafiə qüvvələri azı 60 ölü cəsədi aşkarlayıb. Ərazidə dağıdılmış küçələrdə tikililərdə həlak olan və yaralananların axtarışları davam edir. Qəzza Mülki Müdafiəsi bildirib ki, həlak olanların əksəriyyəti bütöv ailələr, qadınlar və uşaqlardır.

Qəzza hökumətinin mətbuat xidmətinin rəhbəri İsmayıl əl-Təvabta İsrail qüvvələrini Qəzza şəhərində “planlı qırğın” törətməkdə ittiham edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”