12 iyul 2024 20:38
399

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Pentaqonun rəhbəri Lloyd Ostin Rusiyanın müdafiə naziri Andrey Belousovla telefon danışığı aparıb.

“İki sahil” “RIA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Məlumata görə, Ostin rusiyalı nazirlə söhbətində Moskva ilə Vaşinqton arasında rabitə kanallarının açıq saxlanmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, bu, son bir ayda ABŞ və Rusiya müdafiə nazirləri arasında ikinci telefon danışığıdır.