12 iyul 2024 09:42
385

Türkiyə ŞƏT-ə tamhüquqlu üzv olmağı planlaşdırır

Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daimi üzv kimi daxil olmalıdır.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-ya üzv ölkələrin sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

Dövlət başçısı deyib ki, bu məsələ ilə bağlı bütün daimi üzvlərdən dəstək istəyib.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan bu ayın əvvəlində Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının 24-cü sammitində tərəfdaş ölkənin başçısı kimi iştirak edib.

Dövlət başçısı Türkiyənin terrorizmlə mübarizədə ŞƏT ilə dialoqun inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu cür terror aktları nəticəsində milyonlarla insan qaçqın vəziyyətinə düşüb. Təkcə Türkiyədə 4 milyon qaçqın var: “Biz ölkəmizin Mərkəzi Asiya ölkələri ilə müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığını inkişaf etdirməyə hazırıq və bunda maraqlıyıq. Qeyd etmək istərdim ki, ŞƏT Asiya ölkələri ilə dialoqun qurulması üçün ən əlverişli platformalardan biridir”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”