12 iyul 2024 09:30
398

Co Bayden Putinlə Zelenskini qarışdırıb

ABŞ prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putini Ukrayna prezidenti adlandırıb.

“İki sahil” xəbər verir ki, o, NATO sammitində Putinlə Ukrayna prezidenti Vladimir Zelenskini qarışdıraraq deyib: “Xanımlar və cənablar, mən növbəti sözü həm cəsarətə, həm də qətiyyətə malik Ukrayna prezidenti Putinə verəcəm”.

Sonradan o, bu çaşqınlığı diqqətini Rusiya prezidentinə yönəltməsi ilə izah edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”