12 iyul 2024 09:17
424

“Reuters”: Hindistan Rusiya ilə uzunmüddətli neft müqaviləsi imzalaya bilər

Hindistanın dövlət neft emalı müəssisələri Moskva ilə Rusiyadan neft idxalına dair uzunmüddətli saziş üzrə birgə danışıqlar aparır.

“İki sahil” xəbər verir ki, şərtlər hələ də tərəflər tərəfindən müzakirə edilir.

“Reuters”in yazdığına görə, Hindistan və Rusiya tərəflərinin razılaşdıracağı məsələlər arasında, xüsusən, idxalın ödəniş valyutası da var.

Həmçinin Hindistanın özəl neft emalı şirkətləri “Nayara Energy and Reliance Industries” (RELI.NS) ilə artıq Rusiya neftinin idxalı üçün müddətli müqavilələr imzaladığı bildirilir. Xatırladaq ki, RELI.NS qismən Rusiyanın "Rosneft" neft şirkətinə məxsusdur.

Bu arada bir mənbə “Reuters” agentliyinə bildirib ki, Hindistanın özəl neft emalı zavodları daha sonra dövlətə məxsus həmkarları ilə danışıqlara qoşula bilərlər.

Qeyd edilir ki, Hindistan yanacağa artan tələbatı ödəmək üçün emal gücünü genişləndirdiyi üçün Yeni Dehlinin proqnozlaşdırıla bilən və sabit neft tədarükünə ehtiyacı var.

Yeni Dehli Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə Qərbin sanksiyaları fonunda endirimlə satılan Rusiya dəniz neftinin ən böyük alıcısına çevrilib.

Xatırladaq ki, iyulun 8-də Hindistanın baş naziri Narendra Modi Moskvaya səfər edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”