Regionda terror dövləti qura bilməyəcəklər - Ərdoğan XƏBƏRDARLIQ

11 iyul 2024 16:57
375

Türkiyənin NATO üzvü olan müttəfiq ölkələrdən gözləntiləri açıqlanıb.

“İki sahil” “Haber Global”a istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin paytaxtı Vaşinqtonda jurnalistlərlə söhbətində danışıb.

O bildirib ki, Ankaranın əsas gözləntisi NATO-dakı müttəfiqlərin Türkiyənin terrorla mübarizəsinə dəstək vermələridir: “Regionda terror dövləti qura biləcəklərini düşünənlər üçün bu, sadəcə, heç vaxt gerçəkləşməyəcək bir xəyaldır”.