11 iyul 2024 16:09
341

İsveç Ukrayna Silahlı Qüvvələrinə PUA dəstəyi barədə müqaviləni imzalayıb

İsveçin müdafiə naziri Pol Conson Ukrayna Silahlı Qüvvələrinə pilotsuz uçuş aparatları (PUA) dəstəyi barədə müqaviləni imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə İsveç hökumət idarəsi məlumat yayıb. Bildirilib ki, müqavilədə satınalma və PUA-ların təlimi nəzərdə tutulub.

Müqaviləni İsveçlə yanaşı, Avstraliya, Danimarka, Estoniya, Kanada, Latviya, Litva, Niderland, Polşa, Böyük Britaniya və Almaniya təmsilçiləri də imzalayıblar.

Koalisiyaya Latviya və Böyük Britaniya rəhbərlik edir.

Xatırladaq ki, daha əvvəl İsveç PUA-ların alınması üçün Ukraynaya 10 milyon avro ayırmışdı.