11 iyul 2024 15:00
347

Baydenin səhhətində poblem yaranıb? - Köməkçiləri ifadəyə dəvət edildi

ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi prezident Co Baydenin səhhəti ilə bağlı ifadə vermək üçün onun bir neçə köməkçisini toplantıya dəvət edib.

“İki sahil” xəbər verir ki, “Axios” nəşri bu haqda müvafiq sənədə istinadla məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Nümayəndələr Palatasının Nəzarət Komitəsi Baydenin səhhəti ilə bağlı ifadə vermək üçün Ağ Evin üç yüksək səviyyəli köməkçisini çağırıb.

Konqresmenlər həmçinin prezidentin köməkçilərinin ona həddən artıq təsir göstərə biləcəyindən və hətta Baydenin bəzi işlərini yerinə yetirə biləcəyindən narahatdırlar. Portal yazır ki, müvafiq narahatlıqlar prezidentin Donald Trampla debatdakı fəlakətli çıxışı fonunda yaranıb.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin ölkə liderinin səhhətindəki problemlər barədə məlumatlara baxmayaraq, prezident Co Baydenə tam etimad göstərdiyini bildirib.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Karine Jean-Pierre demişdi ki, Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gələrsə, ikinci müddətə tam prezidentlik edəcək.