11 iyul 2024 14:50
342

NATO-nun Qara dənizdə mövcudluğunu genişləndirmək qərarı bölgəyə nə vəd edir?

Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin üzvü Olqa Kovitidi bildirib ki, NATO-nun Rusiyaya heç bir dəstək verməmək tələbi beynəlxalq hüquqa ziddir.

“İki sahil” xəbər verir ki, o, bu haqda RT-yə müsahibəsində deyib.

“NATO-nun Qara dəniz istiqamətində alyansı genişləndirmək qərarı və bütün dünya ictimaiyyətinə Rusiyaya dəstək verməmək tələbi beynəlxalq hüquq normalarına ziddir və dövlətlərin suveren bərabərliyi prinsipini kobud şəkildə pozur”, - deyə, parlamentari bildirib.

Onun fikrincə, alyansa beynəlxalq siyasi sistemin bütün iştirakçılarına hörmət etmək zərurətini və suveren dövlətlərin məsələlərinə müdaxilənin yolverilməzliyini xatırlatmaq lazımdır.

NATO-nun Qara dənizdəki mövcudluğunu genişləndirmək qərarını şərh edən senator deyib ki, bu ideya iştirakçı ölkələr üçün yaxşı heç nə gətirməyəcək.

Xatırladaq ki, NATO liderləri bütün dünyadan Rusiyaya heç bir dəstək verməməyi və bunu edən hər bir dövləti qınamağı tələb ediblər.