Fransa prezidenti Emmanuel Makronun Ukraynaya təlimatçılar göndərmək planı əslində iflasa uğrayıb,
“İki sahil” “Bloomberg”ə istinadla xəbər verir ki, bu haqda Litva prezidenti Gitanas Nauseda bildirib.
Nausėda, planın geniş şəkildə dəstəklənmədiyini və konsensus olmadığndan bu məsələnin havada qalacağını deyib.
Nausedanın sözlərinə görə, Aİ Makronun bu problemi hansısa yolla həll etdiyini görmür.
İyunun 6-da Emmanuel Makron Fransanın modernləşdirilmiş Mirage 2000-5 çoxməqsədli qırıcılarını Ukraynaya təhvil verəcəyini açıqlayıb.