11 iyul 2024 12:26
363

Türkiyədən Bolqarıstana qanunsuz keçmək istəyən 58 miqrant saxlanılıb, 7 nəfər yaralanıb

Türkiyənin Kırlareli şəhərində qanunsuz miqrantların Bolqarıstana keçmələrinin qarşısı alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, polisin “dayan” əmrinə tabe olmayan sürücü manevr edib. Bu əsnada miqrantlardan 7-si yük maşınından yerə tullanaraq yaralanıblar.

Keçirilən əməliyyat nəticəsində ümumilikdə 58 nəfər saxlanılıb.

Xəsarət alanlardan ikisinin həyatı üçün təhlükəsinin olduğu bildirilir.