10 iyul 2024 17:52
373

NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını dəstəkləyir

NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyir.

“İki sahil” xəbər verir ki, bunu NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “X”də yazıb.

O bildirib ki, NATO uzunmüddətli sülh sazişini güclü şəkildə dəstəkləyir.

X.Kolomina ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Alyansla Azərbaycan arasında ikitərəfli əməkdaşlığın və sülh danışıqlarının hazırkı vəziyyətinin müzakirə olunduğunu xatırladıb.