Rusiyanın MiQ-31 qırıcısı Norveç Hərbi Hava Qüvvələrinə məxsus R-8A “Poseidon” patrul təyyarəsini Barents dənizi üzərində müşayiət edib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Rusiya sərhədinin pozulmasının qarşısını almaq üçün hava hücumundan müdafiə qüvvələrinin növbətçiliyində olan MiQ-31 qırıcısı havaya qaldırılıb.
Qırıcı yaxınlaşan kimi Norveç Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Rusiya sərhədindən uzaqlaşıb.