10 iyul 2024 16:07
327

Bu ölkə Ukraynaya yardımın məbləğini açıqladı

Yeni Zelandiya Ukraynaya 10 milyon dollar məbləğində yardım göndərəcək.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, həmin məbləğin 6,1 milyonu humanitar, 3,6 milyonu hərbi məqsədlərə yönəldiləcək.

Məbləğin qalan hissəsi isə ordunun şəxsi heyətinin tibbi ehtiyaclarına sərf olunacaq.