Almaniya Xarici İşlər Nazirliyi Ukraynanın Bundestaqın deputatını ölkəyə buraxmaqdan imtina etməsini çox ciddi qəbul edir və hadisənin səbəblərini araşdırır.
“İki sahil” xəbər verir ki, DPA sol partiyanın üzvü Soren Pellmannın Ukraynaya buraxılmadığını bildirib. O, dəfələrlə Kiyevə hərbi yardımın əleyhinə çıxıb.
Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Berlin imtinanın hüquqi səbəblərini aydınlaşdırmaq üçün Ukrayna hakimiyyəti ilə əlaqə saxlayır: “Almaniya Bundestaqının deputatının ölkəyə girişinə icazə verilməməsini çox ciddi qəbul edirik və buna aydınlıq gətirməyə çalışırıq."