10 iyul 2024 15:36
355

İran prezidenti hökumətində tələb olunan kriteriyaları açıqlayıb

İranın yeni seçilən prezidenti Məsud Pezeşkian sayca 14-cü hökumətdə fəaliyyət göstərəcək şəxslərin təyin olunması üçün kriteriyaları açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın ofisi məlumat yayıb.

Məlumata görə, Pezeşkianın hökumətində fəaliyyət göstərəcək şəxslərin 18 kriteriyası olmalıdır.

Qeyd edək ki, İranda 5 iyulda keçirilən növbədənkənar prezident seçkilərinin 2-ci turunda “İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian təxminən 16,4 milyon səslə qalib gəlib. Onun rəqibi “Mühafizəkarlar” düşərgəsinin nümayəndəsi Səid Cəlili isə 13,5 milyon səs toplayıb.