10 iyul 2024 15:10
384

ABŞ Ukraynanın Krımı və digər itirilmiş əraziləri qaytaracağına inanmır

ABŞ hesab edir ki, heç kim Ukraynanın Krımı və digər itirilmiş əraziləri qaytaracağına inanmır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı keçmiş daimi nümayəndəsi Robert Hunter “Responsible Statecraft” nəşrində yazıb.

“Heç bir ciddi adam bunun mümkün olduğuna inanmır”, - deyə nəşr qeyd edib.

Hunter Rusiya və Ukrayna arasında aparılan danışıqlara da toxunub: "İstənilən nəticə, son nəticədə vacib olan yeganə güclər - ABŞ və Rusiya tərəfindən müzakirə edilməli və dəstəklənməlidir".