10 iyul 2024 14:51
402

Las-Veqasda temperatur 48,8 dərəcəyə yüksəlib

Bir neçə gündür anomal istilərin yaşandığı ABŞ-da yeni temperatur rekordları qeydə alınır.

“İki sahil” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilir ki, Las-Veqasda (Nevada) temperatur +48,8 °C-yə çatıb və 2021-ci ilin rekordunu qırıb.

"Bu, 1937-ci ildən bəri Las-Veqasda qeydə alınan ən pis istilik dalğasıdır"- deyə, meteoroloq Con Adair bildirib.

Artıq dörd gündür ki, şəhərdə havanın temperaturu +46 °C-dən yuxarıdır. Bu istinin iyulun 12-nə qədər davam edəcəyi gözlənilir.

Qeyri-normal yüksək temperatura görə Nevada boyunca ictimai yerlərdə təcili soyutma mərkəzləri qurur.