İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi 30 iyulda İran parlamentində təşkil olunacaq.
“İki sahil” xəbər verir ki, bunu İran parlamenti Rəyasət Heyətinin sözçüsü Əlirza Səlimi deyib.
Onun sözlərinə görə, mərasim İran prezidenti Ali Lider Ayətulla Seyid Əli Xamenei tərəfindən təyin olunduqdan sonra yerli yüksək səviyyəli rəsmilər və müxtəlif ölkələrdən rəsmilərin iştirakı ilə təşkil ediləcək.
Yeni prezident andiçmə mərasimindən sonra 2 həftə ərzində proqramını və hökumətin tərkibini parlamentə təqdim etməlidir. Parlamentdə təqdim olunan nazirlərə etimad səsinin verilməsi ilə bağlı bir həftə ərzində müzakirələr aparılacaq.